Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilir.
“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə Akif Çovdarov son sözlə çıxış etməyə başlayıb.
Vəkil Şahin Rəfiyev "Report"a bildirib ki, müvəkkili çıxışı zamanı epizodlar üzrə son nitqini söyləyir. A.Çovdarov ittihamları qəbul etmədiyini, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Hazırda məhkəmə iclası davam etdirilir.