Modern.az

Nazirlik 2550 manat ziyan vuran şəxsi cəzalandırdı

Nazirlik 2550 manat ziyan vuran şəxsi cəzalandırdı

4 Oktyabr 2017, 12:20

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Qaradağ rayon sakini Nizami Cəfərov tərəfindən Qaradağ rayonu Ələt qəsəbəsi Hərbi şəhərciyin ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub.

 

Bu haqda Modern.az-a nazirlikdən məlumat verilib.

 

Nazirliyin əməkdaşları tərəfindən Ərazi üzrə Mənzil İstismar Sahəsininnümayəndələrinin və şikayətçinin iştirakı ilə yerində araşdırılıb.

 

Sözügedən əraziyə keçirilən baxış zamanı yaş köküstə 49 sm diametrliyində 1Eldar şamı ağacının qanunsuz kəsildiyi məlum olub. Aparılan araşdırma zamanı ağacın Qaradağ rayonu Ələt qəsəbə sakini Rəşad Fərzəliyev tərəfindən kəsildiyi və təbiətə 2550 manat məbləğində ziyan vurulduğu müəyyən edilib.

 

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub.

 

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Qaradağ rayon  Prokurorluğuna  göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu