Modern.az

İpoteka kreditləri götürmək istəyənlər azalıb - SƏBƏB  

İpoteka kreditləri götürmək istəyənlər azalıb - SƏBƏB   

4 Oktyabr 2017, 12:30

İpoteka kreditlərinə müraciət edənlərin sayı kəskin azalıb.

Bu barədə Modern.az-a danışan iqtisadçı, alim Vüqar Bayramov deyib ki, hazırda kommersiya banklarının ümumi kredit portfelində azalmalar müşahidə olunur:
 

“Bu həm də ipoteka kreditlərinin azalmasında özünü göstərir. Son 8 ayda Kommersiya banklarının kredit portfelində azalmalar müşahidə edilir. Bir faktı qeyd etmək lazımdır ki, əgər 2017-ci ilin yanvarında bütövlükdə kredit portfelinin həcmi 16, 7 milyard manat idisə, hazırda bu rəqəm 13,8 milyard manata qədər azalıb. Yalnız 2017-ci ilin 8 ayı ərzində 4 milyard manata qədər azalma qeydə alınıb. Bununla bərabər, problemli kreditlərin həcmi də artıb. Problemli kreditlərin həcmi yanvar ayında 1, 6 milyard manat olduğu halda, avqust ayında 1,8 milyard manat olub. Bu baxımdan problemli kreditlərin həcminin artması həm də ipoteka kreditlərinə müraciət edənlərin sayının azalmasına təsir göstərir. İpoteka kreditlərinə müraciət üçün ödəmə qabiliyyəti və kredit tarixçəsinin təmiz olması vacibdir”.

Mütəxəssis ipoteka kreditlərinə marağın azalmasının digər səbəbinin şərtlərlə bağlı olduğunu qeyd edib:

“Nəzərə almaq lazımdır ki, ipoteka kreditlərinə müraciət üçün iş yerindən arayış alınması, ilkin ödəniş edilməsi məcburidir. Adi ipoteka krediti götürənlər 15 faiz, güzəştli kredit götürənlər isə 10 faizlik ilkin ödəniş etməlidir. Eyni zamanda, iş yerlərinin bağlanmasına görə, insanlar tələb edilən arayışı ala bilmirlər. İşləyənlərin də bir qisminin əmək müqaviləsində məbləğ tam olaraq göstərilmir. Sözsüz ki, bu da müraciət edənlərin sayına təsir göstərir”.

“Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) xətti ilə bu günə qədər 20 210 nəfərə ipoteka krediti verilib. Verilmiş ipoteka kreditləri üzrə məbləğ isə  869 678 546 manatdan çox olub. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu