Azərbaycanda fəaliyyət göstərən 31 bankın 31 avqust 2017-ci il tarixinə cəmi aktivləri 29,491.7, cəmi öhdəlikləri isə 26,568.2 milyon manat təşkil edib.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından Modern.az-a verilən məlumatda bildirilib.
Sektorun balans kapitalının 2,923.6, əhalinin əmanətləri 6,871.7 milyon manat olduğu qeyd edilib.
Bankların filiallarının sayı 560, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,495-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,167 nəfər təşkil edib.