Modern.az

Akif Çovdarov məhkəmədən bəraət istəyib

Akif Çovdarov məhkəmədən bəraət istəyib

4 Oktyabr 2017, 15:51

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarov son söz deyib.

 

A. Çovdarov çıxışında məhkəmədən bəraət istəyib: "Əgər məhkəmə mənə bəraət yox, cəza verəcəksə, onda təkcə mənə cəza verin, digər şəxsləri azad edin". 

 

Son söz bitəndən sonra məhkəmə müşavirəyə gedib. Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb. 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu