Modern.az

UNESCO-da baş direktorluq postu üçün ilkin gizli səsvermə bu tarixdə keçiriləcək

UNESCO-da baş direktorluq postu üçün ilkin gizli səsvermə bu tarixdə keçiriləcək

4 Oktyabr 2017, 17:25

UNESCO-nun İdarə heyətinin oktyabrın 4-18-də keçiriləcək 202-ci sessiyası çərçivəsində oktyabrın 9-da günorta plenar iclasının sonunda ilkin gizli səsvermə aparılacaq.

 

Modern.az UNESCO-nun saytına istinadən xəbər verir ki, tələb olunan səs çoxluğu əldə edilməsə, gizlin səsvermə oktyabrın 10, 11 və 12-də eyni qaydada davam edəcək. Əgər sonuncu gün də tələb olunan səs çoxluğu əldə edilməsə, oktyabrın 13-də ən çox səs toplamış iki namizəd seçilərək müsabiqə onların arasında aparılacaq və yekun namizəd seçiləcək.

 

Baş direktorun namizədliyi İdarə Heyəti tərəfindən Baş Konfransa göndəriləcək və yeni baş direktor Baş Konfrans tərəfindən təyin olunacaq. UNESCO Baş Konfransının 39-cu sessiyası oktyabrın 30-dan noyabrın 14-dək Parisdə keçiriləcək.

 

Qeyd edək ki, baş direktor 4 il müddətinə seçilir. Onun vəzifəsi daha 4 il uzadıla bilər. Azərbaycanın UNESCO-nun baş direktoru vəzifəsinə namizədi Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludur.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu