Modern.az

Tacikistan Azərbaycandakı qabaqcıl sənaye təcrübəsini öyrənəcək

Tacikistan Azərbaycandakı qabaqcıl sənaye təcrübəsini öyrənəcək

4 Oktyabr 2017, 20:15

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovla Tacikistan Sənaye və Yeni Texnologiyalar naziri Şafkat Bobozada  ilə görüş keçirib. Modern.az xəbər verir ki, görüşdə iki ölkə başçıları arasında səmimi dostluq, xalqlarımız arasında tarixən sıx   mədəni və elmi əlaqələrin mövcudluğu məmnunluq hissi ilə qeyd olunub.

Azərbaycanın iqtisadi inkişafından danışan səfir A.Həsənov Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan reytinqdə bir neçə inkişaf edən ölkələri qabağlayaraq 35-ci yerdə yerləşdiyi barədə məlumat verib.  Azərbaycanlı diplomat eyni zamanda Düşənbə-Bakı birbaşa hava reysinin bərpası məsələsinə də toxunaraq, bu məsələnin bu günə kimi həll olunmamasının Azərbaycanla Tacikistan arasında iqtisadi-ticari, elmi-mədəni sahələrdə geniş imkanların mövcudluğunn olmasına baxmayaraq, təyyarə reysinin olmaması ucbatından maneələr olduğunu xatırladıb.

Söhbət zamanı nazir Ş.Bobozadə Tacikistan prezidenti E.Rahmonun tapşırığına əsasən ölkədə xalçaçılığın inkişafı üçün Milli Proqramın qəbul olunduğunu və Azərbaycanın çoxəsrlik xalçaçılıq sənətinin və bu sahədə əldə edilmiş təcrübənin öyrənilməsi üçün Tacikistan Sənaye və Yeni Texnologiyalar Nazirliyinin nümayəndə heyətinin ölkəmizə səfər zamanı onlara hər tərəfli göstərilən köməyə və qonaqpərvərliyə görə baş nazir K.Rasuzodənin təşəkkürünü ifadə edib. Tacikistanlı nazir ölkəmizdə olan nümayəndə heyətinin çox böyük təəssuratla geri döndüklərini, Azərbaycanın iqtisadi uğurlarının şahidi olduqlarını qeyd edib.  

Görüşdə  həmçinin Azərbaycan investorlarının Tacikistan iqtisadiyyatına maraq göstərdiyi vurğulanıb,, Tacikistan tərəfindən xarici sərmayənin cəlb edilməsi məqsədi ilə münbit şəraitin yaradılmasının vacibliyi qeyd olunub, vergi və gömrük sahəsində asanlaşdırılmanın  həyata keçirilməsi məqsədəuyğun olduğundan danışılıb.

Azərbaycanda istehsal olunan geniş çeşidli məhsulların istər sənaye istər ağır və sənaye məhsulları Tacikistan bazarına gətirilməsinə ehtiyac olduğu vurğulanıb.

Nazir Şafkat Bobozoda Azərbaycanın qabaqcıl sənaye inkişafı üzrə təcrübəsini öyrənmək məqsədilə yaxın zamanlarda Azərbaycana səfər edəcəyini səfir A.Həsənovun diqqətinə çatdırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu