Modern.az

Çexiyaya qarşı oynayacaq Azərbaycan millisinin heyəti açıqlandı

Çexiyaya qarşı oynayacaq Azərbaycan millisinin heyəti açıqlandı

4 Oktyabr 2017, 22:13

Futbol üzrə Azərbaycan milli komandasının Çexiya yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün heyəti müəyyənləşib. Modern.az "Report"a istinadən xəbər verir ki, "11-liy”i milli komandanın baş məşqçisi Robert Prosineçki bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb.

O, ilk dəqiqələrdən Kamran Ağayev, Pavel Paşayev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Məhəmməd Mirzəbəyov, Rahid Əmirquliyev, Riçard Almeyda, Əfran İsmayılov, Cavid Hüseynov, Dmitri Nazarov və Ruslan Qurbanovun meydana çıxacağını bildirib.

R.Prosineçki deyib ki, Maksim Medvedev və Araz Abdullayev zədəli olduqlarından qarşıdakı oyunlarda yığmaya kömək edə bilməyəcəklər.

Baş məşqçi bildirib ki, komandasını seçmə mərhələdə çətin rəqiblə sonuncu ev oyunu gözləyir: "Çexiya millisi son matçlarda uduzsa da, texniki baxımdan güclü kollektivdir. Lakin məqsədimiz yaxşı oyunla müsbət nəticə əldə etməkdir".

Qeyd edək ki, oktyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu