Modern.az

Mingəçevir-Aran yolunda ağır qəza: 1 ölü, 3 yaralı

Mingəçevir-Aran yolunda ağır qəza: 1 ölü, 3 yaralı

5 Oktyabr 2017, 00:14

Mingəçevir-Aran avtomobil yolunda ölümlə nəticələnən yol qəzası baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 4-də axşam saatlarında qeydə alınıb.

 

"VAZ-21012" markalı minik avtomobili qarşı tərəfdən gələn traktorla toqquşub. Hadisə nəticəsində minik avtomobilində olan sərnişin, Yevlax rayonu Salahlı kənd sakini 1979-cu il təvəllüdlü Məmmədova Flora Zakir qızı aldığı xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Qadının iki azyaşlı övladı və qardaşı olan sürücü yüngül bədən xəsarətləri alıb. Onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar.

   

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu