Modern.az

FHN son iki gündə 367 nəfəri təhlükəsiz yerə təxliyə edib

FHN son iki gündə 367 nəfəri təhlükəsiz yerə təxliyə edib

Aktual

5 Oktyabr 2017, 10:06

Son günlər yağan intensiv yağışlar nəticəsində Lənkəran və Astara rayonlarının bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələr yağış suları ilə dolub. Eyni zamanda, Lənkəran və Astara çaylarında suyun səviyyəsi artıb.

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.


FHN bildirib ki, yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Cənub Regional Mərkəzinin canlı qüvvə və texnikası yağıntı suları ilə dolmuş ərazilərə xilasetmə işlərini davam etdirir. 4-5 oktyabr gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə rayonlarında müxtəlif ünvanlarda köməksiz vəziyyətdə qalmış 367 nəfəri təhlükəsiz yerlərə təxliyə ediblər. Xilasetmə işləri barədə əlavə məlumat veriləcək.​

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu