Modern.az

Kamçatkalı qonaq: “Bakının gözəl şəhər olduğunu bilirdim, amma bu qədər də yox”

Kamçatkalı qonaq: “Bakının gözəl şəhər olduğunu bilirdim, amma bu qədər də yox”

5 Oktyabr 2017, 13:34

Azərbaycana qonaq gələn xarici turistlərin sayı artır. Onlardan biri də əslən Belarusdan olan, uzun illər Kamçatka diyarında yaşayan Leonid Andreyeviçdir. Modern.az-ın redaksiyasına qonaq olan Leonid Andreyeviç ölkəmizlə bağlı təəssüratlarını bölüşüb.

 

“Azərbaycanca yalnız “salam əleyküm” və “yaxşı” sözlərini bilirəm. Azərbaycanı hələ bundan uzun illər öncə sevmişdim. Kamçatkada yerli miqyasa görə kifayət qədər böyük Azərbaycan icması var. Kifayət qədər aktiv olan bu icmaya yaxın dostum Ramazan Hüseynov rəhbərlik edir. Millətlərarası Reguional Birliyin tərkibində bir tez-tez görüşük və fikir mübadiləsi aparırıq. Kamçatka, Petropavlovk-Kamçatsk şəhəri kifayət qədər kiçik yer olduğu üçün burada dialoq və fikir mübadiləsi bizim üçün önəm daşıyır. Ona görə mədəni mübadilə, bir-birmizi daha yaxşı tanımaq vacibdir. Bura daha çox işmələyə gəlir azərbaycanlılar və icma onlara hər tərəfli dəstək olur. Həm hakimiyyət, həm sadə insanlar bu mübadiləyə böyük önəm verirlər. Yaxınlarda Müslüm Maqomayevin gecəsi keçirildi və böyük uğur qazanmışdı.

 

Leonid Andreyeviç həmçinin, Bakı ilə bağlı təssüratlarını da bölüşüb. O. Bakını möhtəşəm şəhər adlandırıb və Kamçatka ilə Azərbaycanın oxşar olduğunu vurğulayıb.

“Bakının gözəl şəhər olduğunu bilirdim. Amma bura gəldikdən sonra qarşılaşdığım mənzərəyə söz tapa bilmirəm. Azərbaycan çox gözəl yerdir və Kamçatkada olduğu kimi meşə, çay, göl və gözəl insanlar yaşayır. Turizm əlaqələrini inkişaf etdirə bilərik. Tanıdığım kamçatkalıların çoxu Bakıda olublar və onların təəssüratları çox yaxşıdır. Mən də Kamçatkaya döndükdən sonra yerli sakinlərə Azərbaycanın mögtəşəm. Qonaqpərvər ölkə olduğunu deyəcəm. Mənim ən böyük arzumlarımdan biri Azərbaycan gedərək toyda iştirak etmək idi. Yerli Azərbaycan icmasının sayəsində bu arzum çin oldu. Kamçatkada baş tutan həmin toyla bağlı təəssüratlarım hələ də güclü və xoşdur”.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu