Modern.az

Lütfi Zadənin məzarını ziyarət edən varmı... - FOTOLAR  

Lütfi Zadənin məzarını ziyarət edən varmı... - FOTOLAR  

Aktual

5 Oktyabr 2017, 14:42

Sentyabr ayının 6-da vəfat edən dünya şöhrətli alim Lütfi Zadənin nəşi onun vəsiyyətinə uyğun olaraq 23 gün sonra, sentyabrın 29-u Bakıya gətirildi. Görkəmli alimin nəşi I Fəxri xiyabanda torpağa tapşırıldı. 

 

Bu, elm ictimaiyyəti üçün böyük itki idi. Lütfi Zadə dəfn olunandan sonra onun məzarını ziyarət edənlər varmı?

 

Modern.az-ın əməkdaşları ötən gün bununla maraqlanmaq üçün Fəxri xiyabana yollanıb.



Əməkdaşlarımızın saat 15:00-dan 17:00-a kimi Fəxri xiyabanda olduğu müddətdə Lüfti Zadənin məzarını ziyarət edən olmayıb. 



Bu müddət ərzində bir nəfər yaxınlaşsa da, o da Lütfi Zadənin məzarından yan keçdi. Məzarın üzərindəki əklillər isə dəfn günü qoyulanlar idi...

 


Fotoları təqdim edirik:

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?