Dünən erməniyönlü koqresmenlər Ed Roys və Eliot Engelin sorğusuna cavab verən ABŞ Dövlət katibi Reks Tillerson Azərbaycan-Ermənistan silahlı qüvvələri arasında atəşkəsə nəzarət mexanizminin möhkəmlənməsinə də diqqət yetirib.
“Dövlət Departamenti snayperlərin təmas xəttindən geri çəkilməsi və Azərbaycan-Ermənistan dövlət sərhədinə nəzarət qurğularının yerləşdirilməsini dəstəkləyir".
O, eyni zamanda Dağlıq Qarabağın minalardan tez bir zamanda təmizlənməsinə ümid edib.
Məsələ ilə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov Modern.az-a açıqlama verib.
Deputat bildirib ki, bütün bu tədbirlər Ermənistan qoşunlarının Azərbaycanın işğal altında olunmuş ərazilərindən çəkilməklə həyata keçirilə bilər.
“Birtərəfli qaydada bu təklifləri həyata keçirmək mövcud vəziyyətin dondurulmasına xidmət edəcək. Bu isə Azərbaycan üçün qəbuledilməzdir. Əlbəttə ki, hər iki ölkə arasında sabitliyin olmasını bütün dünya alqışlayır”.