Modern.az

Azərbaycanlı deputat ATƏT PA-nın iclasında təhsillə bağlı çağırış etdi

Azərbaycanlı deputat ATƏT PA-nın iclasında təhsillə bağlı çağırış etdi

5 Oktyabr 2017, 15:29

 

Milli Məclisin deputatı Elşad Həsənovun ATƏT Parlament Assambleyasının iclasında “İnsan ölçüsü:sabitliyin və inkişafın təminatçısı kimi təhsilin dəstəklənməsi” mövzusunda çıxış edib.

 

Modern.az onun çıxışını təqdim edir.

 

Hörmətli xanımlar və cənablar!

 

Dinamik inkişaf edən bu günkü dünyada sabitlik və inkişafın əldə edilməsində təhsil son dərəcədə mühüm rol oynayır.Yüksək keyfiyyətli təhsil bu və ya digər cəmiyyətin tərəqqisini şərtləndirən amilə çevrilib.Məhz buna görə, təhsilə yatırılmış sərmayələr həm bir fərd kimi insanın inkişafına, həm də bütöv cəmiyyətin çiçəklənməsinə yatırılmış vəsait olur.

 

Maraq doğuran məqam ondan ibarətdir ki, təhsil və elm sahəsinə yönləndirilmiş maliyyəvəsaitlərinə nəzər yetirsək nəzərə çarpan  bir tendensiya gözə dəyir: dövlət təhsil və elmə nə qədər çox vəsait ayırırsa, bir o qədər də həmin cəmiyyət dinamik və sabit inkişaf edir, yaşayışın keyfiyyət və standartları durmadan yüksəlir.

 

Bu gün iqtisadi tənəzzülün yaşandığı və hökümətlərin sərt qənaət tədbirlərinə əl atıldığı bəzi region ölkələrində bu siyasət təhsil sahəsindən yan keçməlidir. Əks-halda bu hal ziyanlı ola bilər.İqtisadi qənaət tədbirlərinin təhsilə təsir etməyəcək digər üsullarına əl atmaq çox vacibdir.

 

Bu gün Azərbaycanda təhsilə prioritet diqqət ayrılır.Hər il hökümət yeni məktəblərin tikintisinə və təhsil ocaqlarının maddi-texniki bazasının təkmilləşdirilməsinə dövlət büdcəsindən böyük vəsaitlər ayırır. 2004-cü ildən başlayaraq 3.000-dən çox məktəb inşa edilib və ya yenidən qurulub. Ölkə əhalisinin savadlılıq dərəcəsi 100%-ə çatmaq üzrədir.

 

Eyni zamanda, minlərlə gənc dövlət hesabına Avropa və Amerikanın adlı-sanlı ali təhsil ocaqlarında təhsil almaq imkanı qazanıblar.Paralel şəkildə, təhsil sahəsində müvafiq standartların modernləşdirilməsini hədəfləyən islahatlar aparılır.Beləliklə, Azərbaycan təbii resursların istismarından əldə etdiyi vəsaitləri insan resurslarına yönəldir.Bununla da biz gələcək nəsillərin gələcəyinitəmin etmiş oluruq.

 

Bu gün ATƏT məkanında sabitlik və inkişaf məsələləri xüsusi önəm daşıyır. Güman edirəm ki, ATƏT səylərinin təhsil saahəsində cəmləşdirilməsi münaqişələrin qarşısının alınması və münaqişədən sonrakı bərpa və barışıq üçün təminat ola bilər.İnsan hüquqlarına riayət edilməsi ATƏT məkanında bütün qurumlar üçün ümumi qəbul edilmiş bir öhdəlikdir.

 

Təhsil sahəinə cəlb edilmiş insanlar gəncliyin davranış və baxışlarının formalaşmasında mərkəzi rol oynayırlar. Məhz bu sahədə gənclərin dünyagörüşü formalaşır, stereotiplər dağıdılır,insan hüquqlarının dəyərləri və dərki tərbiyə olunur. Bu isə, öz növbəsində, müxtəlif mədəniyyətlər arasında dialoq və etimadın möhkəmlənməsinə xidmət edir.

 

Bu günkü qloballaşma amili dünya ölkələrindən komunikasiya, təhsil və elmin dinamik inkişafını tələb edir.Şübhə yoxdur ki, məhz təhsil sahəsinin inkişaf etdirilməsindən bu və ya digər dövlətin gələcəyi asılıdır.Mən hər kəsi gənc və təhsilli yeni nəslin tərbiyyə edilməsinə töhfə verməyə çağırıram.

 

Fürsətdən istifadə edib 5 oktyabr - Dünya müəllimlər günü münasibətilə bizə təhsil vermiş hər kəsi təbrik edirəm.

 

 

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu