Sentyabr ayının 8-də Bakının Səbail rayonu ərazisində, “Sahil bağı” yaxınlığında, Azərbaycan Yazıçılar Birliyinin binasında yerləşən “26” – “Twenty six” adlı kafesi qapadılıb. Bakı meri Hacıbala Abutalıbovun təşəbbüsü və iştirakı ilə bağlanan kafenin fəaliyyəti ona görə dayandırıldı ki, “26 Bakı komisarı”nın adını daşıyırmış. Hər halda Hacıbala müəllim belə əlaqələndirdi.
Kafenin bağlanması cəmiyyətdə birmənalı qarşılanmadı. Bakı merinin iddiası ilə razılaşmayanlar da oldu.
Ərazini həmin iaşə müəssisəsinə icarəyə verən Azərbaycan Yazıçılar Birliyini səlahiyyətli şəxsləri də kafenin “26 Bakı komissarı”nın adı ilə bağlı olmadığını deyərək, etirazlarını bildirdilər.
Modern.az-ın əməkdaşları bağlanan “26”-“Twenty six” adlı kafenin yerləşdiyi AYB-nin binasında olub. Qapısı plomblanan kafenin yerində hələ ki hər hansı bir iş görülmür.
Binadan fotoları təqdim edirik: