AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resurslarla iş şöbəsinin (SER) keçirdiyi Vikipediya təliminin iştirakçısı tərəfindən “Azərbaycanca Vikipediya”da Myanmadakı Türk şəhidliyinin tarixinə dair məqalə yaradılıb.
Modern.az xəbər verir ki, məqalədə Birinci Dünya Müharibəsi dövründə Myanmaya göndərilən 12 minə qədər Osmanlı imperiyasına bağlı əsgərdən bəhs olunur. İllərlə davam edən əsarət dövrü ərzində yoluxucu xəstəliklər, ağır iş və əsarət şərtləri altında ölən 1500-ə qədər Osmanlı əsgərindən 222-si Thayetmyo Türk Şəhidliyində dəfn olunub
Məqalə ilə daha ətraflı buradan tanış ola bilərsiz:
//az.wikipedia.org/wiki/Thayetmyo_T%C3%BCrk_%C5%9E%C9%99hidliyi