Modern.az

Xızıda ağır yol qəzası: ana-oğul öldü - YENİLƏNİB

Xızıda ağır yol qəzası: ana-oğul öldü - YENİLƏNİB

Aktual

7 Oktyabr 2017, 12:32

Bakı-Quba şosesinin Xızı rayonundan keçən hissəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az "Report"a istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobil yol kənarındakı maneələrə çırpılıb.

Hadisə nəticəsində 2 nəfər ölüb. Ölənlərin hər ikisi Rusiya vətəndaşıdır. Qəza zamanı ölənlərdən biri 1990-cı il təvəllüdlü Nağıyev Zəka Nağı oğlu, digəri isə 1971-ci il təvəllüdlü Nağıyeva Elnarə Zaman qızıdır.

Bundan əlavə, hadisə zamanı daha iki nəfər də ağır xəsarət alıb. Yaralılar M.Ә.Mirqasımov adına Respublika Klinik Xәstәxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 
***

Daxili İşlər Nazirilyi hadisə ilə bağlı məlumt yayııb. Məlumata görə, oktyabrın 6-da saat 21 radələrində Xızı rayonunun Sitalçay qəsəbəsi ərazisində Zəka Nağıyev idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə sürücü hadisə yerində, sərnişini - anası Elnarə isə xəstəxanaya aparılarkən yolda ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər