Modern.az

AŞPA prezidenti postuna iki namizəd - bu gün seçkidir

AŞPA prezidenti postuna iki namizəd - bu gün seçkidir

Aktual

9 Oktyabr 2017, 09:01

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti postuna iki namizəddən biri seçiləcək. 

Modern.az-ın məlumatına görə, bu vəzifəyə Stella Kiriakides  və Emanuelis Zinqerisin namizədliyi irəli sürülüb. Avropa Xalq Partiyasının üzvləri olan Emanuelis Zinqeris litvalı, Stella Kiriakides isə kiprlidir. 

AŞPA-nın qaydalarına uyğun olaraq təşkilatın prezidenti oktyabrın 9-da Strasburqdakı payız sessiyasında gizli səsvermə yolu ilə seçiləcək. 

Qeyd edək ki, AŞPA prezidenti Pedro Arqamunt iki gün öncə istefa verib. Hazırda assambleyanın prezidenti vəzifələrini Rocer Qeyl icra edir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI