Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Antalyada qeydə alınıb. Qəza nəticəsində 3 nəfər ölüb, 10 nəfər xəsarət alıb.
Məlumatına görə, avtobusda olan turistlərin hamısı Almaniya vətəndaşıdır.