Modern.az

İki gündə 990 nəfər imtahan verdi

İki gündə 990 nəfər imtahan verdi

7 Oktyabr 2017, 20:45

Azərbaycan Tibb Universitetinin (ATU) Virtual Test Mərkəzində Azərbaycan Respublikasının 41 bazası üzrə (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) rezidentlər üçün dövrü attestasiya imtahanı keçirilib.

ATU-nun Rezidentura şöbəsinin müdiri, dosent Rizvan Məmmədovun Modern.az-a verdiyi məlumata görə, 41 baza üzrə 144 fəndən test imtahanları hazırlanıb, apellyasiya komissiyası yaradılıb: "İmtahan 2 gün davam edib. Bu il rezidenturaya daxil olanları nəzərə almasaq, ümumilikdə 1728 rezidentimiz var. 1728 nəfərdən iki gün ərzində 990 nəfər rezident imtahan verib. 45 nəfəri imtahandan kəsilib. Onlar üçün bir ay sonra yenidən imtahan keçiriləcək. Onu da deyim ki, imtahanla bağlı apelyasiya müraciəti olmayib".

Qeyd edək ki, bir necə aydan sonra rezidentlərin buraxılış imtahanı keçiriləcək.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər