Neftçalada gənc oğlan kanalda boğulub. Modern.az APA-ya istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü Tahirov Baloğlan Telman oğlu rayonun Haqverdili kəndi ərazisindən keçən kanalda boğulub.
Onun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Neftçala rayon Prokurorluğunda araşdırma aparılır.