Londonda sürücü avtomobili yoldan çıxararaq qəsdən piyadaların üzərinə sürüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Londonun Cənubi Kensinqton rayonunda, Viktoriya və Albert Muzeyinin qarşısında baş verib. İnsident nəticəsində 11 nəfər xəsarət alıb. Xəsarət alanlardan 9 nəfəri xəstəxanaya yerləşdirilib. Sürücü saxlanılıb, hadisə ilə əlaqədar araşdırma aparılır.
London şəhər polisi bildirib ki, hadisə terror aktı kimi araşdırılmayıb və bu, yol-nəqliyyat hadisəsi, toqquşmadır.