Modern.az

"Qələbə qazanmaq üçün vuruşacağıq..." - Loahim Löv

"Qələbə qazanmaq üçün vuruşacağıq..." - Loahim Löv

7 Oktyabr 2017, 23:47

"Şimali İrlandiyaya qarşı gözəl oyun nümayiş etdirib erkən qollarla rəqibə gücümüzü göstərdik. Sabahkı oyunda da bütün gücümüzü ortaya qoyub, qələbə qazanmaq üçün vuruşacağıq. 10-cu oyunumuzda mütləq qalib gəlmək istəyirik". Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniya millisinin baş məşqçisi Loahim Löv DÇ-2018-in seçmə mərhələsində yığmamızla oyun öncəsi keçirilən mətbuat konfransında bildirib.

Baş məşqçi Azərbaycanla matçda kimin oynayıb-oynamayacağını müəyyənləşdirəcəyini bildirib: "Yalnız onu deyə bilərəm ki, qapıda Ter Ştegen duracaq. Lorey Sane də sabahkı matçda meydanda olacaq. Digər oyunçulara gəlincə daha çox yorğun olmayan futbolçulara şans verəcəm".

 

Y.Löv Azərbaycan millisinin autsayder olduğunu vurğulayıb: "Onlarla oyunumuzu mundialda keçirəcəyimiz oyunlardakı rəqiblərimizlə müqayisə etmək düzgün olmaz".

 

Qeyd edək ki, Almaniya - Azərbaycan görüşü sabah Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər