Modern.az

GUAM-ın XİN rəhbərləri Gürcüstan prezidenti və baş naziri ilə görüşdü

GUAM-ın XİN rəhbərləri Gürcüstan prezidenti və baş naziri ilə görüşdü

Aktual

8 Oktyabr 2017, 19:58

GUAM-ın xarici işlər nazirləri Gürcüstan prezidenti və baş naziri ilə görüşüblər. Modern.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan, Moldova və Ukrayna xarici işlər nazirləri Elmar Məmmədyarov, Andrey Qalbur və Pavlo Klimkin öncə Gürcüstan baş naziri Giorgi Kvirikaşvili ilə görüşüblər.

 

Görüşdə G.Kvirikaşvili qeyd edib ki, Gürcüstan GUAM-a sədrlik edən ölkə kimi təşkilatın yaranmasının 20 illiyi ilə bağlı xarici işlər nazirlərinin görüşünə ev sahibliyi etməkdən qürur duyur.

 

Görüşdə təşkilata üzv ölkələrin regionda sülh, sabitlik, əməkdaşlıq və iqtisadi inkişaf istiqamətində fəal addımlar atmağa hazır olduqları ifadə olunub.

Tərəflər həmçinin bu gün imzalanan birgə bəyannamənin GUAM ölkələri və xalqlarının rifahı üçün  əhəmiyyətini qeyd ediblər.

 

Daha sonra GUAM ölkələrinin xarici işlər nazirləri Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə görüşüblər.

Gürcüstan prezidenti görüşdə deyib ki, GUAM unikal formatdır və  təşkilatın  daha da möhkəmləndirilməsi üçün əhəmiyyətli addımlar atmalıdır.

 

Görüşdə GUAM-ın 20 illiyi və  Gürcüstanın təşkilata sədrliyi müzakirə olunub. G.Marqvelaşvili GUAM formatında əməkdaşlığın inkişaf etdirilməsi üçün əsas prioritetlər barədə danışıb. Prezidentin sözlərinə görə, təşkilata üzv ölkələrin üzləşdiyi problemləri həll etmək üçün GUAM vasitəsilə koordinasiya olunmuş addımlar atılmalı və  təşkilat beynəlxalq aləmdə daha çox təmsil olunmalıdır.  

Görüşdə tərəflər həmçinin regionda təhlükəsizlik, sektorlar üzrə əməkdaşlıq və gələcək əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

 

Qeyd edək ki, bu gün Tbilisidə GUAM-ın 20 illiyinə həsr olunmuş təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər