ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfirliyi məlumat yayıb.
Məlumata görə, buna səbəb bu günlərdə ABŞ-ın İstanbuldakı baş konsulluğunun əməkdaşının həbsi olub. Qərarın qeyri-müəyyən müddətə qədər qüvvədə qalacağı bildirilir.
Qeyd edək ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuz FETÖ ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib.