Modern.az

Türkiyə İraq kürdlərinə qarşı sanksiyaları sərtləşdirəcək

Türkiyə İraq kürdlərinə qarşı sanksiyaları sərtləşdirəcək

Aktual

10 Oktyabr 2017, 14:36

Türkiyə, İraq və İran İraq Kürdüstanını müstəqillik haqda referendumun nəticələrini ləğv etməyəcəyi təqdirdə bu regiona qarşı sərt sanksiyalar tətbiq edəcək.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə baş nazir Binəli Yıldırım açıqlama verib.

“Şimali İraqda qanunsuz referendum keçirilib. Biz kürd xalqına qarşı deyil, məsuliyyətsiz hakimiyyətə qarşı çıxırıq. Aviasiya əlaqəsini kəsmişik, telekanalların yayımını da. Əgər doğru nəticə çıxarmasalar, İraq və İraqla birlikdə sanksiyaları daha da sərtləşdirəcəyik”.

 

İraq Kürdüstanındakı referendum sentybarın 25-də keçirilib və seçicilərin 92,7%-i müstəqilliyə səs verib.

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər