Modern.az

Ramiz Abutalıbov “Azərbaycan evi”ni  təbrik etdi

Ramiz Abutalıbov “Azərbaycan evi”ni  təbrik etdi

14 Oktyabr 2017, 16:32

Tanınmış ictimai-siyasi xadim Ramiz Abutalıbov Parisdəki “Azərbaycan evi”nin yaranmasının 25 illiyi münasibəti ilə təbrik ünvanlayıb.

 

Modern.az Ramiz Abutalıbovun təbrikini təqdim edir:

 

Əziz həmvətənlər, əziz dostlar, əziz yubiley iştirakçıları!

 

Sizi Parisdə “Azərbaycan Evi”nin  yaranmasının 25 illik yubileyi münasibərilə səmimi qəlbdən təbrik edirəm! Bütün yubiley iştirakçılarına möhkəm can sağlığı və gələcək işlərinizdə müvəffəqiyyətlər arzulayıram, uğurlar diləyirəm.

 

“Azərbaycan Evi”  cəmiyyəti 1989-cu ildə Fransanın Paris şəhərində yaradılmış və 1992 – ci ildə qeydiyyatdan keçmişdir. Əsas məqsədimiz o vaxt Azərbaycanı Parisdə, Fransada tanıtmaq, burada  Azərbaycan mədəniyyətini, tarixini və həqiqətlərini təbliğ etməklə məşğul olmaqdan ibarət olmuşdur.    

 

Müəyyən fasilədən sonra “Azərbaycan Evi”  cəmiyyəti fəaliyyətinin bərpa edilməsini alqışlayıram  və buna ürəkdən sevinirəm. “Azərbaycan Evi”   eyni zamanda burada yaşayan həmvətənlərimizi bir araya gətirmək,  onları bir cəmiyyət ətrafında birləşdirmək onlara  yardım  göstərmək və onun haqqında həqiqətləri yerli ictimaiyyətə çatdırmaqdır.

 

Əminəm ki, “Azərbaycan Evi” öz  fəaliyyətini məqsədyönlü çəkildə  quracaq. Azərbaycan xalqının XX əsrdə yaşadığı faciələr, məruz qaldığı soyqırım aktları, Qarabağ münaqişəsinin səbəbləri, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və digər faktların Avropa ictimaiyyətinə, burada fəaliyyət göstərən  müxtəlif  təşkilatlara obyektiv şəkildə çatdırılması təşkilatın ən prioritetləri sırasında dayanacaqdır.

 

Dağlıq Qarabağ məsələsi də daim diqqətdə olacaq, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, Ermənistanın Azərbaycana təcavüzü  ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması və bu faktın dünya ictimaiətinə çatdırılmasında  əlinizdən gələni əsirgəməyəcəksiniz.

 

Bu əlamətdar hadisə ilə bağlı Sizi  bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram. Bu xeyirxah əməlinizdə və təşəbbüsünüzdə Ulu Tanrı Sizə yar olsun!.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər