Modern.az

Yetkinlik yaşına çatmayanlara verilən cəzalar yüngülləşdirilir

Yetkinlik yaşına çatmayanlara verilən cəzalar yüngülləşdirilir

14 Oktyabr 2017, 17:37

Yetkinlik yaşına çatmayanlara verilən cəzalar yüngülləşdirilir.

 

Modern.az-ın məlumatına görə, Cinayət Məcəlləsinə yeni, 90-1 maddəsinin (Yetkinlik yaşına çatmayanların cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi) əlavə olunması təklif edilir.

 

Sənəddə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən yetkinlik yaşına çatmayan şəxsin cəzasını çəkdiyi dövrdə davranışını nəzərə almaq qeyd olunub.

 

Məhkəmə cəzanın çəkilməmiş hissəsini bu məcəllənin 85.1-ci maddəsində (Yetkinlik yaşına çatmayanlara aşağıdakı cəza növləri təyin edilir: cərimə; ictimai işlər; islah işləri; müəyyən müddətə azadlıqdan məhrum etmə) nəzərdə tutulmuş istənilən daha yüngül cəza növü ilə əvəz edilə bilər. Bu halda şəxsin tamamilə və ya qismən əlavə cəzadan da azad olunması mümkündür.

 

Yetkinlik yaşına çatmayanın cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəza müddətinin ən azı dörddə bir hissəsi çəkildikdən sonra tətbiq edilə bilər.

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər