Modern.az

Millət vəkili Qırğızıstanda seçkiləri müşahidə edir - Foto

Millət vəkili Qırğızıstanda seçkiləri müşahidə edir - Foto

Aktual

15 Oktyabr 2017, 14:03

Milli Məclisin deputatı, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayyəndə heyyətinin üzvü, Azərbaycan-Qırğızıstan parlamentlərarası işçi qurupun üzvü Rauf Əliyev MDB Parlamentlərarası Assambleyanın müşahidə missiyası tərkibində Qırğızıstanda keçirilən prezident seçkisini müşahidə edir. Modern.az xəbər verir səfər zamanı müşahidə missiyasının üzvüləri Qırğızıstanın Baş Nazirinin I müavini Tolkunbek Abdıqulov tərəfindən qəbul edilib. Görüşdə seçkinin keçirilməsi ilə bağlı ölkədə aparılmış hazırlıq işləri barədə müşahidə missiyasının üzvülərinə ətraflı məlumat verilib.

Müşahidə missiyasının üzvüləri səfər çərçivəsində Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurcan Şaildabekova başda olmaqla komissiya üzvüləri ilə görüşlər keçirilib. Görüşlərdə seçkiyə hazırlıqla bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən aparılan hazırlıq işləri, seçkinin gedişatı barədə məlumatlar əldə olunub, bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə razılığa gəlinib.

Müşahidə missiyasının üzvüləri seçki günü bir sıra seçki məntəqələrində olub, seçki prosesinin təşkili, vətəndaşların seçki fəallığını müşahidə ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər