Modern.az

Aslan İsmayılova cinayət işi açıldı  

Aslan İsmayılova cinayət işi açıldı    

16 Oktyabr 2017, 13:23

"Bu dəqiqələrdə Binəqədi rayonu Polis İdarəsinin müstəntiqi İlqar Həmidov mənə zəng edib bildirdi ki, Binəqədi rayon məhkəməsinin hakimi Rəşad Əliyevin ərizəsi əsasında Binəqədi rayon prokuroru Nazim İmanov haqqımda Cinayət Məcəlləsinin 221-ci maddəsinin (xuliqanlıq) 1-ci hissəsi ilə cinayət işi başlayıb".

 

Modern.az xəbər verir ki, hüquqşünas Aslan İsmayılov bu barədə özünün Facebook hesabından məlumat yayıb.

O bildirib ki, bu gün saat 15.00-da Polis İdarəsində dindirmədə olacaq:

“Haqqımda təxribat hazırlandığını, həbsimin planlaşdırıldığını çoxdan bilirdim və maksimum ehtiyatlı olmağa çalışırdım. Bütün xəbərdarlıqlara baxmayaraq, haqq işimdən dönməyəcəyimi də ən yüksək səlahiyyət sahiblərinə bildirmişdim".

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər