Ermənistan prezidenti Serj Sarkisyan İsveçrənin Cenevrə şəhərinə gedib.
Bu haqda Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir. Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan bildirib ki, Sarkisyan artıq Cenevrədədir.
Xəbər verildiyi kimi bu gün Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlarının növbəti raundu keçiriləcək.