Modern.az

Bakıda 26 yaşlı gənc liftin şaxtasına düşərək öldü

Bakıda 26 yaşlı gənc liftin şaxtasına düşərək öldü

16 Oktyabr 2017, 20:57

Paytaxtda bədbəxt hadisə yaşanıb. Modern.az  Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Belə ki,  inzibati binanın liftində təmir işləri aparan 1991-ci il təvəllüdlü Əhmədov Orxan Şəhrab oğlu liftin şaxtasına yıxılıb.

 

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri O. Əhmədovun cəsədini şaxtadan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər