Modern.az

Rektor Prezident təqaüdçüləri ilə görüşdü

Rektor Prezident təqaüdçüləri ilə görüşdü

17 Oktyabr 2017, 10:11

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru cənab Elmar Qasımov 2017-ci ildə BANM-ə qəbul olunmuş və göstərdikləri yüksək nəticələrə görə Prezident  təqaüdünə layiq görülmüş  tələbələrlə görüş keçirib.

 

Ali Məktəbin Rektoru görüş zamanı cari ildə BANM-ə qəbul olmuş Prezident  təqaüdçülərinin ötən illərə nisbətən iki dəfə çox olduğunu vurğulayaraq bununla böyük fəxr etdiyini bildirib.

 

Qeyd edək ki, 2017-ci il 1-ci qrup üzrə 25 prezident təqaüdçüsündən 24-ü məhz BANM-i seçib və bu göstərici BANM-in respublika üzrə birinciliyini təsdiq edib. Prezident təqaüdçüləri arasında  3 qız və 4 oğlan olmaqla 7 nəfər 700 balla qəbul olmuş tələbələrdir. Təqaüdçülərin ixtisas seçimində verdiyi üstünlük isə  məhz Prorseslərin Avtomatlaşdırılması Mühəndisliyi olub. Təsadüfi deyil ki,bu ixtisas respublikada bütün rekordları aşaraq “İlin ixtisası” oldu.

 

BANM-in rektorucənab  Elmar Qasımov Prezident təqaüdçülərinin Ali məktəbə olan marağını yüksək qiymətləndirib və tələbələrin  bu önəmli seçiminin onların gələcək karyerasına  böyük bir investisiya olacağını vurğulayıb. O tələbələri bir daha təbrik edərək gələcək  dərslərində müvəffəqiyyətlər arzulayıb.

 

Görüşün sonunda xatirə şəkli çəkdirilib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər