Modern.az

Avstriyanın ATƏT-dəki sədrliyi bəyanat yaydı

Avstriyanın ATƏT-dəki sədrliyi bəyanat yaydı

17 Oktyabr 2017, 21:21

Avstriyanın ATƏT-dəki sədrliyi  Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında ATƏT Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü ilə Cenevrədə keçirilən görüşnü diqqətllə izləyib. Modern.az-ın xarici mediaya istinadən məlumatına görə, ATƏT sədrliyinin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir ki, prezidentlərin danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməsi təqdirəlayiqdir: "Təmas xəttində gərginliyin azaldılması üçün əlavə addımlar axtarmasını görməkdən məmnunuq. Sədrlik ümid edir ki, danışıqlar prosesinin bərpası Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün konkret addımlarda öz əksini tapacaq. ATƏT sədrliyi münaqişə tərəflərinin sülhə nail olması üçün səylərini bundan sonra da dəstəkləməyə davam etməyə hazır olduğunu bildirib”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər