Modern.az

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya toplandı

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya toplandı

Aktual

19 Oktyabr 2017, 19:51

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatların və ölkədə fəaliyyət göstərən yerli və xarici hasilat şirkətlərinin nümayəndələrinin iştirakı ilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın növbəti iclası keçirilib. Komissiyadan Modern.az-a verilən məlumata görə, “Moore Stephens Azerbaijan” auditor şirkəti iclas iştirakçılarına HSŞ üzrə Komissiyanın 2016-cı il üzrə hesabatının layihəsini təqdim edib.

İclasda üç tərəfin (HSŞ üzrə Komissiya, vətəndaş cəmiyyəti, yerli və xarici hasilat şirkətləri) nümayəndələrindən ibarət 2016-cı il üzrə hesabatın hazırlanması üzrə İşçi Qrupun yaradılması qərara alınıb.

 

İclas iştirakçıları növbəti illər üzrə HSŞ hesabatlarının əhatə dairəsi barədə müzakirələr apararaq qərar qəbul edib.

 

İclasda HSŞ üzrə Komissiyanın loqotipi və korporativ stili və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər