Modern.az

Nazir şikayətləri dinləmək üçün Masallıya gedir

Nazir şikayətləri dinləmək üçün Masallıya gedir

23 Oktyabr 2017, 12:03

Kənd təsərrüfatı naziri Heydər Əsədov  27 oktyabr 2017-ci il tarixində, saat 11:00 da Masallı rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında  Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik və Yardımlı rayonlarının sakinləri ilə görüşəcək.  

 

Modern.az-ın məlumatına görə, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Masallı  Rayon Kənd Təsərrüfatı İdarəsinə (050-287-12-12) müraciət edə bilərlər.  

 

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər