Modern.az

Azərbaycanın Rusiyadakı səfirliyində insident - içkili qadın saxlanıldı  

Azərbaycanın Rusiyadakı səfirliyində insident - içkili qadın saxlanıldı   

23 Oktyabr 2017, 13:55

Azərbaycanın Rusiyadakı səfirliyində insident baş verib. Modern.az Rusiya KİV-nə istinbadən xəbər verir ki, Olqa adlı qadın iş günü başa çatandan sonra səfirliyə daxil olmaq istəyib.

Diplomatik nümayəndəliyin qapısı gələnlər üçün bağlansa da, qadın binaya girməyə cəhd edib. 

Məlumata görə, içkili vəziyyətdə olan qanun pozucusu səfirliyin mühafizəçisi ilə dalaşıb, qapını döyəcləyərək söyüş söyüb.

O həm də Azərbaycana getmək istədiyini bildirib. 

Səfirliyin əməkdaşları polis çağırıb. Hadisə yerinə gələn qanun keşikçiləri qadını saxlayıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər