Modern.az

Vəzifəli şəxslərin qəbul keçirməsi ilə bağlı ən ciddi problem ...

Vəzifəli şəxslərin qəbul keçirməsi ilə bağlı ən ciddi problem ...

16 Oktyabr 2017, 22:00

“Vətəndaş müraciətlərinə baxılması vəziyyəti ilə bağlı vətəndaşları daha çox narahat edən məsələlər vəzifəli şəxslərin qəbulu, elektron müraciətlər və çağrı mərkəzlərinin, “Qaynar xət”lərin işinin keyfiyyəti ilə bağlıdır. “Vətəndaşların müraciət hüququnun reallaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində apardığımız araşdırmalar göstərir ki, vətəndaşları qəbul edən şəxslərin özlərinin qəbul keçirməməsi, elektron müraciətlərin vaxtında cavablandırılmaması, dövlət orqanlarının çağrı mərkəzlərinin həddən artıq yüklənməsi və operativ işləməməsi əsas problemlər olaraq qalır”. Modern.az xəbər verir ki, bunu “Konstitusiya” Araşdırmalar Fondunun eksperti Zaur İbrahimli jurnalistlər üçün “Vətəndaş müraciətlərinə baxılması” mövzusunda keçirdiyi brifinqdə bildirib.

 

Jurnalistlərin suallarını cavablandıran Z.İbrahimli qeyd edib ki, layihə çərçivəsində Bakı şəhərində 700 nəfər arasında vətəndaş müraciətlərinə baxılması vəziyyəti ilə əlaqədar rəy öyrənmək üçün sorğu keçirilib: "Sorğunun ümumiləşdirilmiş nəticələrinə əsasən  dövlət qurumlarında vətəndaşların müraciətlərinə baxılması ilə əlaqədar ümumilikdə,  41.7% pozitiv münaisbət sərgiləyib. Bu isə əvvəlki illərlə müqayisədə çox əhəmiyyətli dəyişikliklərdir. Ümumiləşdirildikdə,  belə məlum olur ki,  33.3% isə problemin gec həll olmağından narazıdır. Belə nəticəyə gəlmək olar ki, vətəndaşlar müraciətlərinə baxılması zamanı daha ciddi yanaşma və real nəticələr görmək istəyilər.  Dövlət qurumlarında vəzifəli şəxslərin qəbul keçirməsi ilə bağlı 8.4% hesab edir ki, bu sahədə vəziyyət pisləşib. 36.1%  vəziyyətin dəyişmədiyini vurğulayıb.  Bu nəticələr göstərir ki, dövlət qurumlarında vəzifəli şəxslərin qəbul keçirməsi ilə bağlı vəziyyət müsbətə doğru dəyişsə də, bu sahədə də əlavə səylərə ehtiyac var. Qeyd edilənlər göstərir ki, bu istiqamətdə irəliləyiş üçün çox böyük potensial var. Dövlət qurumlarında vəzifəli şəxslərin qəbul keçirməsi ilə bağlı ən ciddi problem isə qəbul etməli olan şəxslərin özlərinin qəbulda iştirak etməməsidir. Təəssüf ki, bu problem hələ də aktuallğını saxlayır”.

 

Z.İbrahimli layihə çərçivəsində hazırlanmış təklifləri də diqqətə çatdırıb: "Vətəndaş müraciətlərinə baxılmasına görə qanunvericiliyin pozulmasına görə, daha sərt sanksiyalar müəyyənləşdirilməsinə ehtiyac var. Vəzifəli şəxslərə xəbərdarlıq edilməsi və ya onların 100 manat məbləğində, hüquqi şəxslərin isə 200 manat məbləğində cərimə olunmasını nəzərdə tutan yeni maddənin İnzibatı Xətalar Məcəlləsinə daxil edilməsi yetərli deyil. Bu sanksiyalar qanunvericiliyin pozulmasına görə kommersiya və QHT-lər üçün nəzərdə tutulan sanksiyalrdan dəfələrlə azdır. Sanksiyların məbləğinin az olması isə ciddi məsuliyyət tədbiri kimi yetərli deyil. Vətəndaşların qəbulu zamanı bir çox hallarda adı vətəndaşların qəbulu cədvəlində göstərilən vəzifəli şəxs qəbulda iştirak etmir. Bunun qarşınının alınması üçün “Vətəndaşların müraciətləri haqqında” qanununda bu məsələdə vəzifəli şəxslərin məsuliyyətini artıracaq əlavə müddəalara ehtiyac var.

Eyni zamanda Vətəndaşların müraciətlərinin icraatı ilə bağlı elektron izləmə sisteminin tətbiq olunması, vətəndaş müraciətlərinə baxılması sahəsində mövcud vəziyyətin daha da yaxşılaşması, vətəndaş müraciətlərinə baxılması sahəsində vəzifəli şəxslərin məsuliyyətinin azalması, təkrar müraciətlərin sayının əhəmiyyətli şəkildə azalmasına çox böyük töhfə verərdi".

Qeyd edək ki, tədqiqat Avrasiya Əməkdaşlıq Fondunun  Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” proqramı çərçivəsində  “Konstitusiya” Araşdırmalar Fondunun ekspertlərinin həyata  keçirdiyi “Vətəndaşların müraciət hüququnun reallaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi” xidməti  üzrə aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər