Modern.az

Eldar Quliyev beynəlxalq toplantıda çıxış edəcək

Eldar Quliyev beynəlxalq toplantıda çıxış edəcək

Aktual

24 Oktyabr 2017, 12:39

Oktyabrın 25-26-da Rusiyanın Rostov şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Mədəniyyət, təhsil və sosial məsələlər, həmçinin Hüquqi və siyasi məsələlər komitələrinin iclasları keçiriləcək.

 

Bu barədə Modern.az-a Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında nümayəndə heyətinin rəhbəri Eldar Quliyev məlumat verib.

 

O bildirib ki, tədbirlərdə Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə gənc ailələrin sosial müdafiəsi və onlar üçün güzəştlər, QDİƏTPM-in 25 illiyi: regionda parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, təşkilatın 25 illiyi ilə əlaqədar bəyannamənin hazırlanması, qurumun gələcək fəaliyyəti və digər  mövzularda fikir mübadiləsi aparılacaq.

 

Eldar Quliyev müzakirə ediləcək məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcək.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər