Modern.az

Dövlət müşavirləri vəzifəsi ali təsnifatdan çıxarılır

Dövlət müşavirləri vəzifəsi ali təsnifatdan çıxarılır

24 Oktyabr 2017, 13:37

“Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilir.

 

Modern.az-ın məlumatına görə, qanunun 11-ci (İnzibati və yardımçı vəzifələrin təsnifatı) maddəsinə dəyişiklik təklif olunur.

 

Layihəyə əsasən Azərbaycan Respublikasının Dövlət müşavirləri vəzifəsi inzibati vəzifələrin ali təsnifatı sırasından çıxarılır.

 

Maddədən (inzibati vəzifələrin birinci təsnifatı) Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin müavini vəzifəsi də çıxarılır.

 

Qanuna dəyişiklik Milli Məclisin oktyabrın 31-də keçiriləcək iclasında müzakirə ediləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi