Modern.az

Dünyada ən çox elektromobil hansı ölkədədir?

Dünyada ən çox elektromobil hansı ölkədədir?

24 Oktyabr 2017, 15:51

Dünyada elektrik mühərriiki ilə işləyən avtomobillərin sayı kəskin artmaqdadır.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, belə avtomobillərin sayı 3 milyona çatıb. Onlar arasında ən çox satılan Tesla Model S elektroavtomobilləridir.

 

Dünyada ən çox elektromobil Çinə məxsusdur. Bu ölkədə 650 min (dünyadakı avtomobillərin 32%), liderliyi əldən verən ABŞ-da isə 500 min elektromobil var.

Yaxın illərdə bütün bu ölkələrdə ictimai nəqliyyatın da elektrik enerjisi ilə çalışacağı gözlənilir.

 

Çin və ABŞ-dan sonra elektromobil bazarında Avropa ölkələri qərarlaşıb. Norveçdə satılan avtomobillərin 28,8%-i elektrik mühərriyi ilə işləyir. Eyni göstərici Hollandiyada 6,4%, İsveçdə isə 3,4% təşkil edir.

 

 

   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi