Kataloniya hökuməti İspaniya konstitusiyasının 155-ci maddəsinin tətbiq olunmasına etiraz edərək məhkəməyə müraciət edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə muxtariyyətin nümayəndəsi Jordi Turul açıqlama verib.
Onun sözlərinə görə, məhkəmənin qərarı doğru deyil. İspaniya hökuməti oktyabrın 27-də Kataloniyadakı referendumla bağlı xüsusi iclas çağıracaq.