Modern.az

Azərbaycan dünyanın ən yüksək iqtisadi artım tempinə malik ölkələrindən biridir

Azərbaycan dünyanın ən yüksək iqtisadi artım tempinə malik ölkələrindən biridir

24 Oktyabr 2017, 16:40

Azərbaycan Kooperasiya Universitetində universitetin Məliyyə fakütəsi, Tələbə Elmi-Cəmiyyəti və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikasında Strateji Yol Xəritəsinə müvafiq maliyyə siyasəti və onun reallaşdırılması istiqamətləri" mövzusunda elmi seminar keçirilib.

 

Modern.az xəbər verir ki, seminarda universitetin Elmi işlər üzrə prorektoru Bəyalı Ataşov, Tədris işləri üzrə prorektor Fikrət Quliyev, Maliyyə fakültəsinin dekanı Səbinə Vəliyeva, Maliyyə kafedrasının müdiri Elnurə Məmmədova ilkin olaraq mövzu ilə bağlı çıxışlar etdilər. Qeyd olundu ki, "Azərbaycan iqtisadiyyatı son 10 il ərzində dünyanın ən yüksək iqtisadi artım tempinə malik ölkələrindən biri kimi keyfiyyət etibarı ilə yeni mərhələyə qədəm qoyulub. Bu müddətdə ölkədə həyata keçirilən iqtisadi siyasət iqtisadiyyatın həcminin əhəmiyyətli genişlənməsinə, əhalinin sosial rifahının yüksəldilməsinə, sosial–iqtisadi infrastrukturun tamamilə müasirləşdirilməsinə imkan verilib. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının uğurla reallaşdırılması ölkənin neft gəlirlərinin artması ilə müşayiət olunmuş, əldə edilmiş maliyyə imkanları sürətli iqtisadi artımın maliyyələşdirilməsinə imkan verilib. 2004–2015-ci illər ərzində neft gəlirlərindən istifadə etməklə reallaşdırılmış iqtisadiartım modeli “aktiv şəkildə əsas kapitala investisiya qoyuluşu” xarakterli olmaqla, dövr üçün qarşıya qoyulmuş hədəflərin reallaşdırılmasına zəmin yaradıb. Azərbaycanda reallaşdırılmış iqtisadi islahatlar ölkənin qlobal reytinq göstəricilərinin əhəmiyyətli yüksəlməsi ilə də müşayiət olunub. Təsadüfi deyildir ki, Dünya Bankının hesabatına görə, Azərbaycan 2009-cu ildə dünyanın “lider islahatçı dövləti” kimi qiymətləndirilib. Dünya İqtisadi Forumunun “2016–2017-ci illər üzrə qlobal rəqabətlilik hesabatı”na görə Azərbaycan 2006-cı illə müqayisədə 27 pillə irəliləyərək 138 ölkə arasında 37-ci mövqedə qərarlaşıb.


Həmin hesabata əsasən, Azərbaycan makroiqtisadi mühitin keyfiyyəti göstəricisinə görə dünyada 39-cu, əmək bazarının səmərəliliyi üzrə 26-cı, milli gəlirin ÜDM-ə nisbəti üzrə 37-ci, infrastrukturun keyfiyyətinə görə isə 55-ci yerdədir. Eyni zamanda çıxışlarda qeyd olundu ki, Azərbaycan neft gəlirlərinin düzgün idarə edilməsi hesabına sosial və iqtisadi infrastrukturun qurulması, yüksək yığım və nisbətən kiçik xarici borc, yoxsulluğun azaldılması, özəl sektorun ÜDM-də payının yüksək həddə çatdırılması və biznes mühitinin yaxşılaşdırılması sahəsində uğurlara imza atmışdır. Strateji Yol Xəritəsiçərçivəsində yaxşı idarəetmə əsasında makroiqtisadi sabitliyi təmin etmək,iqtisadiyyatın strukturunu təkmilləşdirmək, məşğulluğu artırmaq, tarazlaşdırılmış regional inkişafı təmin etmək, biznes mühitini yaxşılaşdırmaq və özəl sektorun iştirakçılığını gücləndirmək planlaşdırılır".Seminar gündəliyə uyğun olaraq fakültə tələbələrinin çıxışları, diskussiyaları və maraqlı təklifləri ilə davam etdirildi.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi