Modern.az

“Mossad”a casusluq edən iranlı ölümə məhkum edilib

“Mossad”a casusluq edən iranlı ölümə məhkum edilib

24 Oktyabr 2017, 19:00

İranda İsrail dövlətinin kəşfiyyat orqanlı olan “Mossad”a casusluqda ittiham edilən şəxs edama məhkum olunub.

 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Tehran prokuroru Abbas Cəfəri Dövlətabadi deyib. O bildirib ki, prokurorluğun təqdim etdiyi cinayət işi əsasında məhkəmə bu işi araşdırıb: “Qeyd olunan şəxs “Mossad”la əməkdaşlıqda ittiham olunurdu. Onun törətdiyi cinayətlərdən biri ölkənin hərbi və nüvə tədqiqatları proqramında çalışan 30-a yaxın şəxsin məlumatlarını “Mossad”a çatdırmaqdır. Həmin şəxslərin arasında terror nəticəsində şəhid edilən iki nüvə aliminin də adı var idi”.


 

Prokuror qeyd edib ki, edama məhkum olunan şəxs “Mossad”ın 8 zabiti ilə görüşüb və İranın nüvə proqramı, hərbi bazaları barədə məlumatları onlara ötürüb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?