Modern.az

Avtonom hərəkət edən ilk relssiz elektrik sürət qatarı Çində fəaliyyətə başladı

Avtonom hərəkət edən ilk relssiz elektrik sürət qatarı Çində fəaliyyətə başladı

25 Oktyabr 2017, 00:50

Çinin Xunan vilayətinin Cucou şəhərində avtonom hərəkət edən relssiz elektrik sürət qatarı test rejimində fəaliyyətə başlayıb.

 

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Çinin CRRC dəmiryolu şirkətinin hazırladığı nəqliyyat vasitəsi özündə qatar, avtobus və tramvayın xüsusiyyətlərini cəmləşdirir.

 

Üç vaqondan ibarət qatarın uzunluğu 32 metr, maksimum sürəti isə saatda 70 kilometrdir. Eyni vaxtda 70-dək sərnişin daşımaq imkanı olan qatar 10 dəqiqədə topladığı enerji ilə 25 kilometr məsafə qət edə bilir.

 

Cucou şəhərində relssiz elektrik qatarlarının hərəkəti üçün hələlik cəmi 3,1 kilometr uzunluğunda xüsusi işarələnmiş yol mövcuddur. Gələn ildən həmin qatarların daimi rejimdə fəaliyyətə başlayacağı bildirilir.

 

CRRC dəmiryolu şirkətinin mütəxəssisləri hesab edir ki, bu cür nəqliyyat sisteminin ərsəyə gətirilməsi ənənəvi tramvay nəqliyyatı şəbəkəsindən 5 dəfə ucuz başa gəlir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?