Rusiya hava xətlərində bədbəxt hadisə baş verib.
Trend-in məlumatına görə, Novosibirsk sakini təyyarədə dünyasını dəyişib.
Məlumata görə, dünyasını dəyişən şəxs 1953-cü il təvəllüdlü olub. O, Krasnoyarsk-Novosibirsk reysi üzrə hərəkət edirmiş və uçuşdan öncə səhhəti pisləşib. Həkimlərin səylərinə baxmayara onu xilas etmək mümkün olmayıb.
İnsidentlə bağlı nəqliyyatda araşdırma idarəsi əlavə araşdırma aparır.