Modern.az

Xanım səfir nazir Heydər Əsədovu təbrik etdi

Xanım səfir nazir Heydər Əsədovu təbrik etdi

25 Oktyabr 2017, 17:28

Oktyabr ayının 25-də kənd təsərrüfatı naziri Heydər Əsədov Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Maya Xristova ilə görüşüb.


Görüşün məqsədi iki ölkə arasında əməkdaşlıq əlaqələrinin müzakirəsi olub.


Heydər Əsədov Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyəti barədə məlumat verərək iki ölkə arasında ticari, iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi üçün kifayət qədər potensial imkanların olduğunu bildirib. Kənd Təsərrüfatı naziri aqrar sahədə Azərbaycanın yüksək ixrac potensialına malik olduğunu vurğulayaraq ölkəmizdə əlverişli investisiya mühitinin olduğunu səfirin diqqətinə çatdırıb.   


Nazir Komissiyanın Azərbaycan tərəfdən üzvü olan qurumların əməkdaşlıq barədə təkliflərinin ümumiləşdirilərək komissiyanın gələcək iclaslarında müzakirəyə çıxarılacağını bildirib.   


Səmimi qəbula görə təşəkkür edən səfir Maya Xristova nazir Heydər Əsədovu Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri təyin olunması münasibəti ilə təbrik edib və ölkələrimiz arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığın bundan sonra daha da genişlənməsinə ümidvar olduğunu bildirib.  


Görüşdə Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın gələcək fəaliyyət istiqamətləri barədə müzakirələr aparılıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi