Modern.az

Goranboyda yol tikintisinə 5,7 milyon manat ayrıldı

Goranboyda yol tikintisinə 5,7 milyon manat ayrıldı

25 Oktyabr 2017, 18:17

Prezident İlham ƏIiyev oktyabrın 25-də “Goranboy rayonunun Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, on beş min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun tikintisi məqsədi ilə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,7 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Sizə yeni x var
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi