Modern.az

DTX valyuta qaçaqmalçılarını saxladı - 71 min dollar götürüldü

DTX valyuta qaçaqmalçılarını saxladı - 71 min dollar götürüldü

25 Oktyabr 2017, 19:01

Qanunsuz valyuta mübadiləsi əsasında toplanılmış külli miqdarda xarici valyutanın ölkə ərazisindən qaçaqmalçıIıq yolu ilə daşınmasında şübhəli bilinən Masallı rayon sakinləri - Babayev Azər Akif oğlu, Qafarlı Mehman Məhərrəm oğlu və Məmmədov Nofəl Müştəba oğlu Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində saxlanılıblar.

Modern.az xəbər verir ki, DTX-nin İctimai əlaqələr şöbəsinin yaydığı məlumata görə, keçirilmiş baxışlar nəticəsində həmin şəxslərdən 71 min 500 ABŞ dolları, 6500 rubl və 4361 manat məbləğində pul əsginasları protokollaşdırılaraq hal şahidlərinin iştirakı ilə götürülüb.

Hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi