Modern.az

Goranboyda avtomobil yeniyetməni vuraraq öldürüb

Goranboyda avtomobil yeniyetməni vuraraq öldürüb

25 Oktyabr 2017, 22:49

Bakı-Qazax magistral yolunda piyadanı avtomobil vurub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə,  hadisə yolun Goranboy rayonun Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Kənd sakini 2001-ci il təvəllüdlü Babayev Rəşad Eldəniz oğlu yolu keçən zaman “Mercedes” markalı avtomobil onu vurub. 16 yaşlı yeniyetmə hadisə yerində ölüb.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

  

Sizə yeni x var
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi